Yəməndə silah anbarında partlayış oldu, 6 nəfər öldü

1657032788 62c44f90b3ad262c44f90b3ad3165703259262c44f90b3ad062c44f90b3ad1.jpg

Yəmənin cənubundakı Abyan vilayətində silah anbarının partlaması nəticəsində azı 6 nəfər ölüb.

Avtor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı daha 30 nəfər xəsarət alıb.

Yerli sakinlər partlayışın silah ticarəti ilə məşğul olan şəxsin üçmərtəbəli evində baş verdiyini, ölən və yaralananların yaxınlıqdakı valyuta məntəqəsində maaşlarını almağa hazırlaşan şəxslər olduğunu deyiblər.