Yeni dərs ili sentyabrın 5-də başlayacaq? – RƏSMİ AÇIQLAMA

Dersjpg 1689663151.jpg

Son günlər Azərbaycanda 2023/2024-cü il tədris ilinin sentyabrın 5-də başlayacağı ilə bağlı xəbərlər yayılıb.

Bakıvaxtı.az bununla bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlikdən verilən məlumata görə, sözügedən xəbər əsassız və yalandır.

“Qeyd olunan məsələ həqiqəti əks etdirmir. Bu barədə əlavə məlumat olarsa, ictimaiyyətə bildiriləcək”, – deyə Elm və Təhsil Nazirliyinidən bildirilib.

Qeyd edək ki, Azərbaycanda tədris ili 15 sentyabrda başlayır.