“Yüksəliş” müsabiqəsinin növbəti mərhələsi baş tutub

1717828854 Mg 8334.jpeg

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin “İdarəetmə bacarıqları” imtahanı baş tutub.

İyunun 8-də keçirilən imtahanını dəyərləndirən gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, növbəti mərhələyə 300 nəfər keçəcək:

“Bundan əvvəlki mərhələdə beş min iddialı iştirak etmişdi. Həmçinin 68 apelyasiya olmuşdu. İyulun 1-ci həftəsində yarımfinal mərhələsi olacaq. Oradan 100 nəfər finala yüksələcək”.