Yunanıstanın Baş naziri Azərbaycanda səfərdədir

Cfb1caa9 D40c 3375 A866 644ce350cdff 850.jpg

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi şəxslər qarşılayıblar.