Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetində olub

335cd1b9166195115619546721611008048.jpg

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.

MN-dən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və digər dövlətlərdən olan həmkarları ilə birgə universitetin “Şərəf kitabı”nı imzalayıb.
Sonra qonaqlara Zəfər Bayramının 100-cü ildönümü münasibətilə təşkil olunan konsert proqramı təqdim edilib.