Zaporojye AES-ə xarici mənbədən verilən enerji kəsilib

5e02b868164604265093766554910127180.jpg

Zaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Twitter”də bildirib.

“Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, – AEBA-nın baş direktoru deyib.

O əlavə edib ki, AES-in kənar enerjisinin dəfələrlə kəsilməsi dərin narahatlıq doğuran hadisədir: “Bu, ərazinin ətrafında nüvə təhlükəsizliyinə və mühafizə zonasına təcili ehtiyac olduğunu göstərir”.