Zaxarova sülhməramlıların Qarabağda qalma müddətindən DANIŞDI

1696416654 16811692122347154654 1200x630.jpg

Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Bakı ilə təmasda müəyyənləşəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiya sülhməramlılarının regiona yerləşdirilməsinin vaxtı və digər məsələləri danışdığımız kimi, həmkarlarımızla birgə müəyyən ediləcək. Əgər söhbət Qarabağ ərazisindən gedirsə, o zaman Azərbaycan tərəfi ilə birlikdə yerlərdəki vəziyyət nəzərə alınacaq”, – deyə Zaxarova brifinqdə bildirib.