Vatikan Roma Papasının çeçenlər və buryatlar haqqında bəyanatına görə Rusiyadan üzr istəyib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Diplomatik kanallar vasitəsilə Rusiya Vatikandan Roma Papası Fransiskin çeçenlər və buryatlar haqqında bəyanatına görə üzrxahlıq alıb”, deyə rusiyalı diplomat vurğulayıb.
Zaxarova Vatikanla insidentin bitdiyini, Rusiyanın Müqəddəs Taxt-Tac ilə konstruktiv qarşılıqlı əlaqələrə ümid etdiyini söyləyib.

