Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin və “Əsgərə Xatirə Kitabı” layihəsinin müəllifi Nuranə Şıxəliyevanın təşkilatçılığı ilə 8 noyabr Zəfər Günü ilə bağlı vətənpərvərlik tədbiri keçirilmişdir. İctimai Birliyin sədri Mehdi Mehdiyev tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev ,Qarabağ Müharibəsi veteranı,Milli Məclisin Deputatı Arzu Nağıyev,XTQ-in Baş Giziri,Canlı Qəhrəman Cəbrayılın azad olunmasında Şanlı Bayrağımızı sancan Qazi İlham Əliyev, Müdafiə Nazirliyinin məsul əmkdaşı,Yazar Minəxanım Əkrəm qızı,Alpaqut (müqəddəs əsgər) döyüş sənətinin qurucusu,Dünya Alpaqut Federasiyasının İdarə Heyyətinin sədri Kutsan Vasif Namazov,Sahibkar ,Gold Naftalanın təmsilçisi, Gənc fəal , “ 44 günlük müharibə iştirakçısı “ , əzəli dədə-baba torpaqları Zəngilan olan Xaliq İsmayılov, Yazar, tarix elmləri fəlsəfə doktoru İradə Əlili iştirak etmişdir.
Tədbir iştirakçıları öz çıxışlarında torpaqlarımızın düşmənin işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş şəhidlərimizin,müharibə iştirakçılarının qəhrəmanlıqlarından danışaraq Ali Baş Komandan İlham Əliyev cənablarının bu qələbədə misilsiz rolu olmasını qeyd etmişlər. Həmçinin 44 günlük savaşda misilsiz qəhrəmanlıqlar göstərmiş igid oğullarımızın adlarının əbəlişdərilməsi istiqamətində olan gələcək layihələr haqqında da müzakirələr aparmışlar. “ Əsgərə Xatirə “ kitabı layihəsinin rəhbəri Nuranə xanım Şıxəliyevanın təqdimatı əsasında vətənpərvərlik işində fərqlənən əməkdaşlar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin idarə heyyətinin qərarı ilə Fəxri Fərmanlar ilə təltif olunmuşlar. Fəxri Fərmanları Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Milli Məclisin deputatı Arzu Nağıyev, Canlı qəhrəman, Cəbrayıla şanlı bayrağımızı sancan İlham Əliyev və İctimai Birliyin sədri Mehdi Mehdiyev təqdim etmişlər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.





