Zelenski işğaldan azad olunmuş İzyum şəhərinə səfər edib

B635f9e3166314932791336774311115110.jpg

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Xarkov vilayətinin işğaldan yenicə azad olunmuş İzyum şəhərinə işgüzar səfərə gedib.

Avtor.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, dövlət başçısını müdafiə nazirinin müavini Anna Malyar müşayiət edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri sentyabrın 11-də işğaldan azad edib. Şəhər aprelin 1-dən Rusiya qüvvələrinin nəzarəti altında idi.