Zelenski Portuqaliyadan silah istədi

Leopard2A5derBundeswehr.jpg

Ukrayna Prezidenti Vladimir Zelenski Portuqaliya parlamenti və xalqına müraciət ünvanlayıb.

Dövlət başçısı müraciətində ölkəsinə Rusiya hücumundan qorunmaq üçün “Leopard” tankı, zirehli texnika və “Qarpun” gəmi əleyhinə raketin verilməsini xahiş edib.

“Azad dünya xalqlarına müraciət edəndə sadə və başa düşülən şeylərdən danışırıq. Biz 80 il əvvəl nasist işğalının gətirdiyi kimi xalqımıza bəla gətirən amansız rus işğalından müdafiə üçün silah tələb edirik”, – deyə prezident bildirib.