Zelenski postmüharibə dövrünə hazırlıq görür?

39cd7b46164656570924643252210075896.png

Ukrayna prezidenti Vladimir Zelenski BVF-nin icraçı direktoru Kristalina Georgiyeva ilə Ukraynanın maliyyə sabitliyinin təmin edilməsi və postmüharibə dövründə bərpasına hazırlıq məsələlərini müzakirə edib.

Bu barədə Ukrayna prezidenti öz “Twitter” səhifəsində paylaşım edib.

“BVF-nin icraçı direktoru Kristalina Georgiyeva ilə Ukraynanın maliyyə sabitliyinin təmin edilməsi və müharibədən sonrakı bərpasına hazırlıq məsələlərini müzakirə etdik. Hazırda dəqiq planlar, eləcə də mümkün perspektiblərə baxışımız var”, – Ukrayna dövlət başçısı qeyd edib.