Zəlzələdən əziyyət çəkən azərbaycanlıya sığınacaq verildi

1676194592 8e9dbb1f 28eb 3f45 b528 b84cf82ffda5 850.jpg

Türkiyədə zəlzələdən əziyyət çəkən Azərbaycan vətəndaşı Rahib Rüstəmova sığınacaq verilib.

Avtor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hadisə zamanı Adanada olub.

R.Rüstəmov Azərbaycan Kültür və Həmrəylik Dərnəyinə müraciət edib. Bundan sonra o, Akasya Tələbə Yataqxanasına yerləşdirilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.