Ziya Bünyadov prospektində qəza olub, sıxlıq yaranıb

Dc09c97f171205688288348328710801544.jpg

Bakıda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbindən hərəkətin intensiv olduğu prospektdə sıxlıq yaranıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən xəbərə görə, Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.