200-ə yaxın insan dəm qazından zəhərlənib

09e7655f167177181869648829510195480.jpg

Londondakı türk restoranındakı ziyafət zamanı kütləvi şəkildə dəm qazından zəhərlənmə baş verib.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Restoranın əməkdaşı bildirib ki, insanların halı qəfil pisləşib.

“Əvvəlcə bu halı qida zəhərlənməsi ilə səhv saldıq. Təxminən eyni vaxtda 200-ə yaxın insan təcili yardım çağırmağa başladı. Onlar müxtəlif xəstəxanalara yerləşdirilib. İnsanlar ürəkbulanma, başgicəllənmədən şikayət ediblər”, – deyə restoran əməkdaşı bildirib.

Zərərçəkənlərdən bəziləri reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilib ki, xəstəxanaya axın çox olduğundan oksigen çənlərinin sayında qıtlıq yaşanır.