YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib

Yeniazer 6ae491ed56792

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib.

İclasda YAP-ın Vlll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavini vəzifəsinə Nizami Səfərovun namizədliyini irəli sürüblər.

Sevinc Hüseynova YAP Təftiş Komissiyasının sədri, Nizami Səfərov sədr müavini seçilib.

Qeyd edək ki, bundan öncə, YAP-ın Vll Qurultayından sonra da formalaşdırılmış Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, sədr müavini Nizami Səfərov olub.