Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb

A5de40c9 238f 4cfc 9abf b57e7dcf6e21 6ae48122652b6

Qax rayonunda yerləşən evdən məişət əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyənləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. S.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.