2021-ci ildə cinayət törədənlərin sayı açıqlanıb

6967a5fb158616366435842364610182292.jpg

Ötən il cinayət törətmiş 21 206 nəfər müəyyən edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Bildirilib ki, onlardan 16 647 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub: “Cinayət məsuliyyətinə cəlb olunmuşların 63,2 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 24,8 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir”.