2036-cı ildəki Yay Olimpiya Oyunları üçün müraciət edən ölkələrin sayı açıqlanıb

B7f1f29d166624414771303461111048903.jpg

2036-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin sayı bəlli olub.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) baş direktoru Kristof de Kepper Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyasının iclasında deyib.

IOC rəsmisinin sözlərinə görə, 10 ölkə olimpiada üçün müraciət edib. De Kepper hələlik həmin layihələrin ilkin mərhələdə olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq. Daha əvvəl Misirin 2036-cı ildəki yarış üçün müraciət edəcəyi bildirilib.