21 nəfər koronavirusa yoluxdu, biri öldü

1676032827 1673096992 62de594c40bbc62de594c40bbf1658739020beccbc094ea9841eaa70491ba6370fbe.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 944 nəfər müalicə olunaraq sağalıb, hazırda 153 aktiv xəstə var. Bu günə qədər 10 098 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 980, ümumilikdə isə 7 503 034 test icra olunub.