Azərbaycan və Türkiyə arasında Alpagut idman növünün inkişaf istiqamətləri müzakirə olunub

Img 20260804 wa0032 6a7210da4edd1

Dünya Alpagut Federasiyasının İdarə Heyətinin sədri Kutsan Vasif Namazov, Dünya Alpagut Federasiyasının Türkiyə üzrə rəsmi nümayəndəsi Metin Karadeniz və onları müşayiət edən nümayəndə heyəti Türkiyə Respublikası Gənclik və İdman nazirinin müavini cənab Hamza Yerlikaya ilə görüş keçiriblər.

Görüş zamanı Alpagut idman növünün beynəlxalq səviyyədə inkişafı, Türk dünyasının ortaq mədəni irsinin qorunması, ənənəvi döyüş sənətlərinin gələcək nəsillərə ötürülməsi, eləcə də beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səmərəli fikir mübadiləsi aparılıb.

Dünya Alpagut Federasiyası olaraq, Alpagutun beynəlxalq platformalarda daha güclü təmsil olunmasına, Türk idman və mədəni irsinin dünyada tanıdılmasına göstərdiyi diqqət, dəyərli dəstək və səmimi qonaqpərvərliyə görə cənab Hamza Yerlikayaya dərin təşəkkürümüzü bildiririk.

Birlikdə qədim irsimizi yaşatmağa və onu gələcək nəsillərə ötürməyə davam edəcəyik.