Fərid Qayıbov idmançılarla görüşüb

762676747 1793062355659467 3345256862979013628 n 6a70b05a2b144

Avqustun 3-də gənclər və idman naziri Fərid Qayıbov iyul ayı ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.

​Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra idmançılarımızın ötən ay ərzində beynəlxalq arenalarda qazandıqları nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.

​Nazir Fərid Qayıbov idmançıları yüksək göstəricilər münasibətilə təbrik edib, onlara növbəti yarışlarda müvəffəqiyyətlər arzulayıb.

​Tədbirdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət Birləşmiş Futbol yığma komandası da iştirak edib. Xatırladaq ki, komandamız “Paris 2026” Xüsusi Olimpiya Birləşmiş Futbol üzrə Dünya Kubokunda ölkəmizi ləyaqətlə təmsil edərək dünya çempionu adını qazanıb.
​Görüş zamanı müxtəlif idman növlərini təmsil edən idmançılar qatıldıqları beynəlxalq turnirlər və qazandıqları medallar barədə ətraflı məlumat veriblər.
​Sonda nazir Fərid Qayıbov idmançılara göstərdikləri yüksək nəticələrə görə təşəkkürünü bildirib və qarşıdakı yarışlarda hər birinə yeni qələbələr arzulayıb.