Prezidentin sədr təyin etdiyi Səbuhi Sadıqov kimdir? – DOSYE

Prezidentin sedr teyin etdiyi sebuhi sadiqov kimdir dosye 40c5bf 6ae9d4e84ac77

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Səbuhi Sadıqovun dosyesini təqdim edirik:

1984-cü ildə anadan olan Səbuhi Sadıqov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. O, 2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsinə layiq görülüb.

Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayan S.Sadıqov 2007–2018-ci illərdə “Ernst & Young” beynəlxalq audit şirkətində baş menecer vəzifəsinədək yüksəlib. 2018–2021-ci illərdə “PMD” şirkətlər qrupunda Audit departamentinin direktoru, həmçinin bir sıra şirkətlərin Audit komitələrinin üzvü və sədri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Səbuhi Sadıqov Prezidentin 27 dekabr 2021-ci il tarixli sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışırdı. Ailəlidir, 2 övladı var.