25 yaşlı qadın bıçaqla qətlə yetirildi

1546865358 4953507.jpg

Mingəçevirdə qətl hadisəsi baş verib.

Hadisə şəhərin “Sənaye parkı” adlanan ərazisində qeydə alınıb. 25 yaşlı qadının bıçaqla qətlə yetirildiyi bildirilir. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Məhərrəmov Yasin Məhərrəm oğlu saxlanılıb.

Qətlə yetirdiyi qadının onun keçmiş həyat yoldaşı olduğu deyilir.