Niderland, Belçika və Lüksemburq Ukraynaya M113 zirehli texnikası tədarük edəcək.
Bu barədə Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.
“Yaxın vaxtlarda biz təmir edilmiş M113 zirehli texnikasını Ukraynaya çatdıracağıq”, – o qeyd edib.
Nazir bildirib ki, bu zirehli tırtıllı maşın əsgərlərin təhlükəsiz daşınmasına kömək edəcək.

