3 siyasi partiya fəaliyyətini dayandırdı

1697703376 1687502118 1686382421 1683878324 1682413906 412385599 0 133 1281 853 1920x0 80 0 0 f6893f55ae86ce52a879fa56bab690aa.jpg

Türkiyədə 3 siyasi partiyanın fəaliyyətinə xitam verilib.

Modern.az “Resmi Gazete”yə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Konstitusiya Məhkəməsi qərar çıxarıb.

Baş Prokurorluğun tələbə ilə baxılan işdə Yeni Dünya Partiyası, Dəyişiklik və Demokratiya Partiyası və Yenidən Birlik Partiyasının hüquqi mövcudluğuna son verilib.

Buna səbəbin YDP-nin qurultay keçirməməsi, digər 2 partiyanın isə qurultaylarını vaxtında keçirməməsi və partiya orqanlarını formalaşdırmaması olduğu vurğulanıb.

Qanunvericiliyə uyğun olaraq, hər 3 partiyanın əmlakı dövlətin mülkiyyətinə keçib.