“24 saat” serialının aktrisası Enni Uersinq 45 yaşında vəfat edib.
Aktrisa uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Uersinqə 2020-ci ildə onkoloji diaqnoz qoyulub. Buna baxmayaraq o, filmlərdə çəkilməyə davam edib. “Fövqəltəbii”, “Star Trek: Picard” kimi bir çox ekran işlərində rol alıb.

