54 ildə 99 milyondan çox insan HACI olub

1687668825 16876471233459228146 1200x630 1.jpg

Səudiyyə Ərəbistanının Statistika İnstitutu 1968-ci ildən müqəddəs torpaqlara Həcc ziyarətinə gələnlərlə bağlı statistik məlumatların toplanmasına başlayıb.

Bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Bildirilib ki, 54 il ərzində 99 milyondan çox zəvvar Məkkəyə səfər edib. Bu il 2,4 milyon insan Həcc ziyarətinə gedib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyindən verilən məlumata görə, cari ildə əcnəbi zəvvarlar üçün Həcc ziyarəti xərcləri 39 faiz azaldılıb.