6 terrorçu məhv edildi

1693858568 1693858101328511588 1200x630.jpg

Ötən gün “Sülh çeşməsi” bölgəsində 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirdiyi, terrorçuların qaçılmaz sonunun göz qabağında olduğu bildirilib.

Açıqlamada Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsində hücuma hazırlaşan daha 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi qeyd edilib.