80 minə yaxın “Lada” geri çağırıldı

1689917317 16899165106310759502 1200x630.jpg

“AvtoVAZ” Rusiyada 79,5 min avtomobili geri çağırıb.

Bu barədə Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi – Rosstandart məlumat yayıb.

Söhbət “Lada”nın 2022-2023-cü illərdə buraxılmış “Granta” modellərindən, həmçinin “Niva Legend” və “Niva Travel” yolsuzluq avtomobillərindən gedir.

Nəqliyyat vasitələrinin geri çağırılma səbəbi “ERA-GLONASS” fövqəladə xəbərdarlıq sistemi üçün idarəetmə blokunun olmamasıdır.

Məlumata görə, bütün avtomobillərdə “ERA-GLONASS” fövqəladə xəbərdarlıq sistemi idarəetmə bloku quraşdırılacaq.