90-cı illərdə lazımi dəstəyi verə bilmədik – Çavuşoğlu

1681733074 688556image1.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk dünyası ilə əlaqələrdən danışıb.

Avtor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ölkəsinin inkişaf etməsinin Türk dünyası üçün də müsbət nəticələr doğurduğunu və doğuracağını vurğulayıb.

“Bu ölkələr 90-cı illərdə müstəqil olanda lazımi dəstəyi verə bilmədik. Amma Türkiyə inkişaf etdikcə, Türk dünyası da bununla imkanlar əldə edəcək”, – o bildirib.

Nazir qeyd edib ki, Türkiyədə müdafiə sənayesinin inkişafı Azərbaycana müsbət təsir edir.