ABŞ 2000 ukraynalıya təlim keçir

1683664079 252 edit slide 9c28f6bab4a602a66c3ffdad9146f1e2fa7bc55b.jpg

ABŞ hazırda 2000-ə yaxın ukraynalı əsgərə təlim keçir.

Bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib.

O, təlimlərin davam etdiyini bildirib. Sözçünün sözlərinə görə, ABŞ Ukrayna hərbçilərinə ehtiyac olduğu müddətdə təlim keçəcək və Kiyevlə təlim üçün əlavə qüvvələrin göndərilməsi müzakirə olunur.

Qərb tərəfindən təlim keçmiş Ukrayna hərbçilərinin sayı artır. Yanvar ayında 100-ə yaxın ukraynalı “Patriot” hava hücumundan müdafiə sistemləri üzrə təlim keçmək üçün ABŞ-a gedib. Almaniyadakı poliqonda amerikalı mütəxəssislər ayda 500 nəfərə təlim keçir.