ABŞ-da atışma zamanı azı 8 nəfər yaralanıb

6902c1ed 59d7 354f 8d2f c5dd68e55ed4 850.jpg

ABŞ-ın Florida ştatının Fort-Pirs şəhərciyində atışma baş verib, 8 nəfər yaralanıb.

Bu barədə Avtor.az ” “İzvestiya”ya istinadən xəbər verir.

Qeyd olunur ki, hadisə Llouis Ellis Parkda hüquq müdafiəçisi Martin Lüter Kinqin irsinə həsr olunmuş tədbir zamanı baş verib. Hadisə yerinə polis əməkdaşları gəlib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir. Digər yaralıların xəsarətinin ciddiliyi dəqiqləşdirilir.

Şerif ofisi bir neçə versiyanı araşdırır, hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılmasına çalışır. Atəş açan şəxsin təkbaşına hərəkət etməməsi versiyası da nəzərdən keçirilir.