ABŞ-da meymunçiçəyinə yoluxma artır

1657779241 e6cbc650165316794352315466010446738.jpg

Nyu-Yorkda meymunçiçəyinə yoluxanların sayında ciddi artım müşahidə olunur.

Bazar ertəsi şəhərdə 223 xəstə var idisə, hazırda bu göstərici 336-dır. Nyu-York səhiyyə departamenti siyahının tam olmadığını qeyd edib.

Çox sayda insan son günlərdə peyvənd olunmaq üçün xəstəxanalara axın edib. Bu da vaksin çatışmazlığına səbəb olub. Hələlik risk qrupuna daxil olanlar peyvənd edilir.