ABŞ Gürcüstanla bağlı şərtini AÇIQLADI

6501b3d107ec06501b3d107ec116946103856501b3d107ebe6501b3d107ebf.jpg

“Gürcüstan hakimiyyəti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişiklik edilərsə, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənəcək”.

Bunu Tbilisidə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Əgər bu qanun dəyişdirilərsə və Aİ standartlarına cavab verərsə, bu, yalnız bizim strateji tərəfdaşlığımızı, əlaqələrimizi gücləndirəcək”, – o deyib.
O`Brayen qeyd edib ki, əgər Tbilisi Vaşinqtona tərəfdaş kimi baxmırsa, ABŞ-dən Gürcüstana ayrılan maliyyə yardımı nəzərdən keçiriləcək.

Mənbə: TASS