ABŞ-ın 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alınıb

E6cbc650165316794352315466010446738.jpg

Amerika Birləşmiş Ştatlarının 50 ştatında meymunçiçəyinə yoluxma qeydə alınıb.

Vayominq ştatının Larami dairəsinin sakinində də meymunçiçəyi aşkarlanıb. Bununla da virusun aşkarlandığı ştatların sayı 50-yə çatıb.

Xatırladaq ki, ABŞ-da 15 433 meymunçiçəyinə yoluxma faktı qeydə alınıb.

Yoluxma sayına görə liderlər Nyu-York və Kaliforniya ştatlarıdır – müvafiq olaraq 2910 və 2663. Eyni zamanda, 10 ştatda yoluxma hallarının sayı 10-u keçmir.