3 oktyabr tarixinə ABŞ-ın ödənilməmiş ümumi dövlət borcu 31,12 trln. dollar təşkil edib.
Avtor.az “RBC” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin hesabatında məlumat verilib. Bu borcun 6,82 trln. dollarlıq və ya 21,9%-lik hissəsi hökumət daxili borc, geri qalan 24,29 trln. dollarlıq hissəsi isə əsas borclardır.
Qeyd edək ki, nazirlik ölkənin dövlət borcu ilə bağlı hesabatlarını 1993-cü ildən etibarən dərc edir. İlk dərc olunan hesabatda ABŞ-ın dövlət borcu 4,3 trln. dollar olub.
Xatırladaq ki, ABŞ-ın 2022-ci il üçün təsdiq olunmuş ümumi borcun maksimal səviyyəsi 31,4 trln. dollar təşkil edir.
Məlumatda həmçinin qeyd olunub ki, ABŞ-ın cari dövlət borcu tarixi rekord səviyyəyə yüksəlib.

