ABŞ-ın kommersiya neft ehtiyatları artıb

9b07f501165596763135951181710983156.png

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 5 607 min barel artaraq, təxminən 424 321 min barel təşkil edib.

Avtor.az-ın Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 433 min barel azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.