ABŞ Orbana qarşı sanksiya tətbiq edəcək

1681452983 8a36185e 5a75 43b3 ada9 eccf2d86e010.jpg

ABŞ Macarıstanın baş naziri Viktor Orbanın çevrəsinə qarşı sanksiyalar hazırlayır.

Bu barədə “The Guardian” nəşri yazıb.

Qəzetin yazdığına görə, Konqres eks-məmurlara, eləcə də Macarıstan hökumətinin əsasən Orbanın “Fides” Partiyası ilə əlaqəli tərəfdarlarına yönəlmiş qanun layihəsi hazırlayır.

Əlavə edilib ki, sənəd keçən ildən hazırlanır və yəqin ki, bu ilin mayında baxılmaq üçün təqdim olunacaq.

Qeyd edək ki, Macarıstan və Serbiya hakimiyyətləri Avropada ən Rusiyayönümlü qüvvələr kimi tanınır.