ABŞ Prezidentinin baş müşaviri Azərbaycana gəlib

08812905 B165 3d0e Bfbc 081fdd0b202b 850.jpg

ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.

Avtor.az bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsindəki paylaşımına istinadən xəbər verir.

“Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, – paylaşımda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.