ABŞ Qlobal Ekologiya Fonduna vəd verdi

6fbd841e164863409862801919710603966.jpg

ABŞ hökuməti Qlobal Ekologiya Fonduna dörd il ərzində 600,8 milyon dollar ayırmağı vəd edib.

Bu barədə ABŞ-ın Dövlət Departamenti və Maliyyə Nazirliyinin birgə bəyanatında deyilir.

“Aprelin 8-də ABŞ Qlobal Ekologiya Fondunun səkkizinci dəfə doldurulmasını dəstəkləmək üçün növbəti dörd il ərzində 600,8 milyon dollar ayıracaq”, – deyə bəyanatda bildirilir.

Ümumilikdə, ABŞ və 28 digər donor Fonda 5 milyard dollardan çox vəsait ayıracaqlar ki, bu da “yeddinci doldurma dövrü ilə müqayisədə təxminən 30 faiz çoxdur”.

ABŞ-ın birinci tranşı 150,2 milyon dollar təşkil edəcək.