ABŞ Rusiya ilə nüvə məsələsində danışıqları bərpa etməyə hazırdır

2022 06 01T154405Z 1636435648 RC23JU9K87SG RTRMADP 3 USA BIDEN pic4 zoom 1500x1500 13012 1659368690.jpg

ABŞ prezidenti Co Bayden ölkə hakimiyyətinin Rusiya ilə silahlara nəzarətin yeni sistemi ilə bağlı operativ şəkildə danışıqlara hazır olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ və SSRİ soyuq müharibənin qızğın vaxtında belə strateji sabitliyi təmin etmək üçün birlikdə çalışdılar.

“Strateji Hücum Silahlarının məhdudlaşdırılması haqqında START-3 müqaviləsinin müddəti 2026-ci ildə bitir. Mənim administrasiyam dərhal yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlar aparmağa hazırdır. Silahlara nəzarət və nüvə silahının yayılmaması məsələlərində iştiraka müqavimət göstərməyin heç bir ölkə üçün, nə də bütün dünya üçün heç bir üstünlüyü yoxdur”.