ABŞ Şərqi Avropaya “F-18”lər göndərəcək

1706f191164861654562814548410358505.jpg

“Dəniz piyadaları korpusunun 10 ədəd “F-18” qırıcısı və bir cüt “C-130” hərbi nəqliyyat təyyarəsi Şərqi Avropaya göndəriləcək. Dəqiq yerini hələ deyə bilmərəm”.

Bunu brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

C.Kirbi xatırladıb ki, ABŞ dəniz piyadaları Norveçdə “Cold Response” təlimlərində iştirak edir, onlardan təxminən 200-ü daha sonra Litvaya göndərilib.