ABŞ Ukraynaya yeni hərbi yardım AYIRDI

1689789113 picture 1 amraam launch.jpg

ABŞ Ukraynaya 1,3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.

Bu barədə Pentaqon məlumat yayıb.

Yeni hərbi yardım paketinə dörd NASAMS zenit-raket kompleksi və “Phoenix Ghost” və “Switchblade” dronları daxildir.

Həmçinin yeni paketdə 152 mm-lik artilleriya mərmiləri, TOW raket sistemi (3,75–4,5 km), aviasiya sursatları, PUA-ların və elektron müharibə vasitələrinin aşkarlanması vasitələri, 150 yanacaq daşıyan maşın və digər hərbi texnika var.