ABŞ və Ukrayna generalları danışıqlar apardı

1689915215 f5bbb660a1d89fed22dd9411fb1886b3380e08d6.jpg

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli arasında telefon danışığı baş tutub.

Bu barədə Zalujnı özünün “Telegram” kanalında məlumat yayıb.

Zalujnı amerikalı həmkarına cəbhədəki vəziyyət barədə məlumat verib.

Tərəflər Ukraynaya hərbi yardım, xüsusən də texnika və sursatların tədarükü barədə müzakirə aparıb.