Abşeronda 2 maşın toqquşub, ölən var

D7fd118e16277170419554198171084779.jpg

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iyulun 12-də saat 15 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Əhməd Sərdarovun idarə etdiyi “Kia” və Sumqayıt şəhər sakini M.Əbişovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Sərdarov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.