Abşeronda 44 yaşlı qadını avtomobil vurub

99f6c547 4ee5 35b7 a7b5 6079d9c053d9 850.jpg

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Xırdalan şəhərində avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Bayramova Yeganə Eyyub qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.