Xırdalanda 61 yaşlı kişini maşın vurub

6c3185c7 82c9 3311 9db5 9fb9d5dfb58c 850.jpg

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xırdalan şəhərində avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Məmmədov Elman Məmməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır. (Report)