Abu Dabi görüşü: Barış müqaviləsi gecikəcək, amma qaçılmazdır

Img 20250710 111418 268 1.jpg

Erməni jurnalist İşxan Verdyan, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Abu Dabidə keçirilən görüşü gdh-ya şərh edib.

Redaksiya mənbəyə istinadla xəbər verir ki, Verdyan barış anlaşmasının imzalanmasının qaçılmaz olduğunu bildirib. Onun sözlərinə görə, bu anlaşma bugünkü görüşdə imzalanmayacaq, çünki Ermənistan Konstitusiyasındakı bəzi müddəalar prosesi ləngidir.

Verdyan hesab edir ki, prosesin uzanması normallaşmanı əngəlləməməlidir. “Görünən odur ki, liderlər bu prosesi başlatmaq qərarına gəliblər. Beləliklə, sülh sazişi dialoqun başlanğıcı yox, nəticəsi olacaq.” – deyə o vurğulayıb.

Sevinc Kərimova