“ADY Express” bu il 1 milyon tondan çox Qazaxıstan mənşəli yük daşıyıb

2aaaddf2166918745349923756710302412.jpg

Bu ilin 10 ayı ərzində “Azərbaycan Dəmir Yolları” ASC-nın törəmə şirkəti “ADY Express” MMC Qazaxıstan mənşəyi və Qazaxıstan təyinatlı yükdaşımaları hər iki istiqamətdə 1 milyon tondan çox olub.

Bu barədə “ADY Express” məlumat yayıb.

Bildirilir ki, 2021-ci ildə “ADY Express”in bu istiqamətdə daşıdığı yüklərin miqdarı ümumilikdə 125 min tondan bir az çox olub, hazırda Qazaxıstanla bağlı yükdaşımalar 8 dəfə artıb. İlin sonuna qədər isə bu göstəricinin 9-10 dəfə artacağı proqnozlaşdırılır.

Bu ilin 10 ayı ərzində “ADY Express” Qazaxıstandan 950 min tona yaxın yük nəql edib ki, bunun 96 %-i tranzit yüklərin payına düşüb.
Eyni dövr ərzində “ADY Express” Qazaxıstana 100 min tona yaxın yük daşımağa nail olub.

Qeyd edək ki, Qazaxıstandan yüklər 2 marşrutla – Xəzər dənizi vasitəsi ilə və quru yolla Samur-Yalama keçidindən istifadə etməklə nəql edilir.